...

"Azərenerji" SC "Şahdağ" elektirk stansiyasına yeni elektrikötürücü xətlərin qoşulmasına hazırlaşır

Energetika Materials 30 İyun 2011 15:00 (UTC +04:00)
Azərbaycanın şimal regionunda yerləşən "Şahdağ" elektirk stansiyası istismara verildikdən bəri 405 milyon kilovat-saata yaxın elektik enerjisi istehsal edib.
"Azərenerji" SC "Şahdağ" elektirk stansiyasına yeni elektrikötürücü xətlərin qoşulmasına hazırlaşır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycanın şimal regionunda yerləşən "Şahdağ" elektirk stansiyası istismara verildikdən bəri 405 milyon kilovat-saata yaxın elektik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin cümə axşamı yaydığı məlumatda deyilir. Stansiya 2009-cu ilin sentyabrında istismara verilib.

Elektrik stansiyası bu regionun, eləcə də Qusar rayonun Laza kəndində yerləşən "Şahdağ" qış-yay turizm kompleksinin elektrik enerjisi ilə təmində böyük rol oynayır.

İstehsal edilən elektrik enerjisinin enerji sisteminə ötürlməsini yaxşılaşdırmaq üçün Qubanın 110 kilovoltluq III və IV elektrikötürücü xətlərinin tikintisi üzrə işlərə başlanılıb. Lazımi materiallar işlərin aparıldığı yerə çatdırılır.

Stansiyanın 12 generatorunun hamısı normal rejimdə fəaliyyət göstərir.

Elektrik stansiyasının ərazisində fəaliyyət göstərən 110 kilovoltluq yarımstansiya yeni texnologiyalara təchiz edilib və normal rejimdə işləyir.

Xəbər lenti

Xəbər lenti