...

Azərbaycan və Rusiya neft və qaz ixracının artırılmasını müzakirə ediblər - nazir

Energetika Materials 18 İyul 2011 14:24 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər irəliləyir, mal dövriyyəsi artır, onun gələcəkdə artırılması üçün real imkanlar mövcuddur.
Azərbaycan və Rusiya neft və qaz ixracının artırılmasını müzakirə ediblər - nazir

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər irəliləyir, mal dövriyyəsi artır, onun gələcəkdə artırılması üçün real imkanlar mövcuddur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekununda bildirib. Məlumatı "Rossiya 24" telekanalı yayıb.

"Biz Bakı-Novorossiysk boru kəməri ilə əlavə neftin nəqli və qaz tədarükünün artırılması məsələlərini müzakirə etdik. Azərbaycanın neft şirkəti [ARDNŞ] bu kontekstdə rusiyalı həmkarları ilə danışıqlar aparır", - Məmmədyarov bildirib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-cu il sentyabrın əvvəlində Bakıda imzalanan müqaviləyə əlavəyə görə, 2011-ci ildə Qazprom iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.

Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb.

ARDNŞ Bakı-Novorossiysk vasitəsilə şəxsi yataqlarından hasil edilən neftin və Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin neftinin daşınmasını həyata keçirir.

Bakı-Novorossiysk boru kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub, sonradan bu funksiyanı ARDNŞ-yə ötürüb.

2010-cu ildə ARDNŞ Bakı-Novorossiysk neft kəməri vasitəsilə 2,24 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ildə 2,5 milyon ton, 2008-ci ildə isə 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon ton neft ixrac edilib ki, bu da 2006-cı ilin analoji dövr göstəricisi ilə eynidir. 2005-ci ildə Bakı-Novorossiysk kəməri ilə ixrac 1,6 milyon ton neft təşkil edib.

Xəbər lenti

Xəbər lenti