...

Azərbaycan 2010-cu ildə qaz ixracını 1,54 faiz artırıb - OPEK

Energetika Materials 19 İyul 2011 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Bədəlova/

Azərbaycan 2010-cu ildə qaz ixracını 1,54 faiz - 5,95 milyon kubmetrədək artırıb. Bu məlumat OPEK-in rəsmi saytında yerləşdirilən kartelin illik statistik məruzəsində yer alıb.

OPEK-in məlumatına görə, 2010-cu ilin sonuna Azərbaycanın sübut edilmiş qaz ehtiyatları 1,31 trilyon kubmetr təşkil edib.

OPEK-in qiymətlədirmələrinə görə, ölkədə sutkalıq qaz hasilatı ötən il 18,22 milyon kubmetr təşkil edib.

Ölkədə ən iri qaz-kondensat yatağı "Şahdəniz"dir. Onun ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti