Azərbaycan, Bakı, 1 avqust /Trend/
Bazar ertəsi saat 13:30 radələrində ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Təmir-tikinti idarəsinin 2 saylı mexaniki-quraşdırma sahəsinin elektrik qaynaqçısı, 1962-ci il təvəllüdlü Elyar Həsənov elektrik-qaynaq işi apararkən həlak olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin məlumatında deyilir.
Hadisənin səbəbləri araşdırılır.