...

İranın Pardis neft-kimya zavodunda qəza baş verib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 8 Avqust 2011 12:24 (UTC +04:00)
İranda Asallue rayonunun Paradis neft-kimya zavodunun ərazisindən işçilər təxliyyə ediliblər. Buna səbəb maye ammonyakın olduğu rezervuarın deşilməsi olub.
İranın Pardis neft-kimya zavodunda qəza baş verib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:44-də yayılıb)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

İranda Asallue rayonunun Pardis neft-kimya zavodunun ərazisindən işçilər təxliyyə ediliblər. Buna səbəb maye ammonyakın olduğu rezervuarın deşilməsi olub. Rezervuarın deşilməsi 3 kilometr radiusda ərazinin donmasına səbəb ola bilər. Trend-in məlumatına görə, bu barədə "Mehr" informasiya agentliyi xəbər verib.

Qəza xəbərdarlığı sistemi bazar ertəsi səhər tezdən Pars xüsusi enerji zonasında Pardis zavodunun birinci fazasında işə düşüb.

Mümkün bədbəxt hadisələrin qarşısını almaq üçün heyətin Pars xüsusi enerji zonasındakı "Zaqros", "Pardis-1" "Pardis-2" komplekslərindən təxliyyəsinə başlanılıb. Hazırda xilasedicilər, yanğınsöndürənlər və texniki heyət ərazidən qalan ammonyak rezervuarlarını çıxarırlar.

Üçsantimerlik deşilməyə səbəb ammonyak rezervuarlarında təzyiqin artması olub. Bu isə öz növbəsində ammonyakın yüksək dərəcəsi ilə bağlı olub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti