...

BP ARDNŞ-yə ekoloji sahədə tətbiq edilən texnologiyaları nümayiş etdirib

Energetika Materials 26 Avqust 2011 17:11 (UTC +04:00)
"BP-Azərbaycan" şirkəti ARDNŞ-yə layihələrin icrası zamanı formalaşan qazma şlamlarının ətraf mühitə ziyan vermədən idarə olunması texnologiyasını nümayiş etdirib.
BP ARDNŞ-yə ekoloji sahədə tətbiq edilən texnologiyaları nümayiş etdirib

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycanda iri neft-qaz layihələrinin operatoru olan "BP-Azərbaycan" şirkəti ARDNŞ-yə layihələrin icrası zamanı formalaşan qazma şlamlarının ətraf mühitə ziyan vermədən idarə olunması texnologiyasını nümayiş etdirib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

Tətbiq edilən texnologiyaların nümayişi ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin tullantıların idarə edilməsi sahəsinə baş çəkməsi zamanı nümayiş etdirilib.

Səfər zamanı Hüseynzadəyə istehsalat tullantılarının çeşidlənməsi, daşınması, saxlanması, qazma şlamının saxlanması üçün tutumlar, termodesorbsiya qurğusu, bioremediasiya sahəsi haqqında məlumat verilib, bütün işlərin ekoloji tələblərə uyğun şəkildə aparıldığı qeyd edilib.

Səfər zamanı ARDNŞ-nin vitse-prezidenti tullantıların emalı, utilizasiyası, təkrar istifadəsi üzrə dünyada mövcud olan qabaqcıl təcrübələrin davamlı olaraq öyrənilməsi və mümkün qədər daha geniş tətbiq olunması barədə fikirlərini bildirib.

Xəbər lenti

Xəbər lenti