...

Ərəb enerji- injinirinq şirkəti Azərbaycan bazarına çıxır

Energetika Materials 3 Sentyabr 2011 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycanda "Caspian power and engeneering solutions L.L.C" şirkətinin (Birləşmiş Ərəb Əmirlikləri) filialı qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində məlumat verilib.
Şirkət Azərbaycanın vergi orqanlarında avqustun 15-də qeydiyyata alınıb.
Strukturun rəsmi nümayəndəsi Elçin Qasımov, təsisçisi isə "Caspian power and engineering solutions L.L.C" (BƏƏ) şirkətidir.

Xəbər lenti

Xəbər lenti