...

"Palmali" Novoşaxtinsk NEZ-lə neft məhsullarının nəqlinə dair müqavilə imzalayıb

Energetika Materials 22 Sentyabr 2011 12:30 (UTC +04:00)
"Palmali" gəmiçilik şirkəti Novoşaxtinsk NEZ-lə çay tankerləri və "çay-dəniz" gəmiləri ilə neft məhsullarının daşınmasına dair ikiillik (2014-cü ilədək) saziş imzalayıb.
"Palmali" Novoşaxtinsk NEZ-lə neft məhsullarının nəqlinə dair müqavilə imzalayıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Palmali" gəmiçilik şirkəti Novoşaxtinsk NEZ-lə çay tankerləri və "çay-dəniz" gəmiləri ilə neft məhsullarının daşınmasına dair ikiillik (2014-cü ilədək) saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən verilən məlumatda deyilir.

Saziş Novoşaxtinsk (RF-nin Rostov vilayəti, "Yuq Rusi" şirkətlər qrupuna daxildir) neft emalı zavodunda istehsal olunan il ərzində 3 milyon tonadək neft məhsullarının daşınmasını nəzərdə tutur. Daşımalar Rostov-Don şəhərindəki Novoşaxtinsk NEZ-in terminalından Kerç boğazındakı yükboşaltma məntəqəsi ərazisində yığıcı tanker vasitəsilə həyata keçiriləcək.

Bu saziş "Palmali" şirkətlər qrupunun Rusiyanın neft məhsulları istehsalçısı və ixracatçıları ilə bağladığı sayca üçüncü uzunmüddətli müqavilədir. Bundan əvvəl gəmiçilik şirkəti "LUKOYL" NŞ (müqavilə 2020-ci ilədək uzadılıb) və "RusNeft" NŞ (2021-ci ilədək) ilə neft məhsullarının daşınması üzrə müqavilə imzalayıb.

"Palmali" gəmiçilik şirkətinin Rusiyanın daxili suları ilə daşıdığı neft yüklərinin ümumi həcmi 2010-cu ildə 4,5 milyon tonu ötüb. 2011-ci ilin ilk yarım ili ərzində şirkətin daşıdığı neft yüklərinin ümumi həcmi 2,4 milyon ton təşkil edib.

Şirkət neft yüklərinin daşınmasını Volqa-Don və Azov-Don hövzəsi, eləcə də Aralıq, Xəzər dənizləri və Qara dəniz hövzələrində həyata keçirir.

"Palmali" ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlvət Neft Şirkəti) əsas yük daşıyıcısıdır.

2010-cu ildə "Palmali" neft daşımalarına Xəzər dənizinin şimal hissəsində istismara verilən "Y.Korçagin" dəniz yükboşaltma kompleksindən başlayıb.

Xəbər lenti

Xəbər lenti