Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.İsmayılov/
Heydər Əliyev adına üzən qazma qurğusunun operatoru Danimarkanın "Maersk Drilling" şirkəti növbəti ildə də "Abşeron" yatağında ilk kəşfiyyat quyusu qazmağa davam edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə neft qaz bazarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, quyunun kəşfiyyatı və əlavə işlərin görülməsi bu yataqda qazma müddətini artırır. Əvvəllər "Abşeron" yatağında işlərin bu ilin noyabrına qədər başa çatdırılacağı bildirilirdi, lakin işlər gələn ildə də davam etdiriləcək.
Bu ilin sentyabrında Xəzərin Azərbaycan sektorunda "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşfi elan verilib.
Yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz təşkil edir. Müvafiq olaraq Azərbaycanın sübut edilmiş qaz ehtiyatları 2,55 trilyon tona qədər yüksəlib.
"Abşeron" layihəsinin iştirakçıları: ARDNŞ - 40 faiz, Total - 40 faiz, Gaz De France Suez - 20 faiz.
"Abşeron" strukturu üzrəa müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və Total arasında imzalanıb. Sonradan Total müqavilədə iştirak payının 20 faizini Gaz De France Suez şirkətinə verib.