Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər Dəniz Neft Donanması Alyansı və "BUE Caspian" şirkəti "BP Azerbaijan" şirkəti üçün "Caspian Provider2 təchizat gəmisini istismara verib.
İstismara təhvilvermə mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iştirak edib.
Gəmi alyansın "BP Azerbaijan" şirkəti ilə imzaladığı müqavilə əsasında Xəzərə buraxılan sayca 16-cı gəmidir.
Gəminin uzunluğu 73,4 metr, eni 16 metrdir. Əsas mühərriklərin gücü 6300 at gücüdür.
"Caspian Provider" gəmisi bu gündən "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağındakı platformalarda xidmət göstərməyə başlayacaq.
2012-ci ildə "BP Azerbaijan" şirkətinə xidmətlərin göstərilməsi üçün Bakıya iki yedək-təchizat gəmisinin gətirilməsi planlaşdırılır.