...

Azərbaycan neftinin qiymətləri oktyabrın 7-də artıb

Energetika Materials 8 Oktyabr 2011 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.İsmayılov/

İtaliyanın Augusta limanında (alanın limanında) CIF şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 109,86 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 2,41 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 108,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,48 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 7-də 103,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,55 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 7-də 106,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,35 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti