...

Aİ Azərbaycanla Türkiyə arasında qaz tranziti sazişinin imzalanmasını alqışlayır

Energetika Materials 2 Noyabr 2011 12:33 (UTC +04:00)
Aİ Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanmasını alqışlayır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib.
Aİ Azərbaycanla Türkiyə arasında qaz tranziti sazişinin imzalanmasını alqışlayır

Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir A.Bədəlova /

Aİ Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanmasını alqışlayır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib.

"Hesab edirəm ki, bu, hamının çoxdan gözlədiyi çox vacib addımdır. Bu saziş Azərbaycanla Aİ arasında energetika sahəsində əməkdaşlıq məsələsində böyük rol oynayacaq. Çünki Xəzərin [Avropa ilə] enerji resursları məsələsi və onların Türkiyə vasitəsilə tranziti üçün əlverişli yolun yaradılması tərəfimizdən alqışlanan çox mühüm addımdır", - Kobia deyib.

Oktyabrın sonlarında Azərbaycan və Türkiyə qaz sazişləri paketini imzalayıblar. Paketə Avropaya ildə 10 milyard kubmetr həcmində Azərbaycan qazının ixracını nəzərdə tutan tranzit sazişi daxildir.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Kobianın sözlərinə görə, Transxəzər qaz kəməri layihəsi üzrə danııqların birinci mərhələsi oktyabrın ortalarında Brüsseldə keçirilib və Aİ hələ də iki tərəfdaşla danışıqların başlanğıcındadır.

Sentyabrda Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlara başlamaq üçün mandatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti