Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda elektrik enerjisi istehsalı tələbatın artmasına uyğun aparılır. Bu barədə cümə axşamı Trend-ə "Azərenerji" ASC-dən məlumat veriblər.
"Elektrik enerjisinin hasilatı ilə bağlı problem yoxdur, artan tələbata uyğun istehsal edilir", - ASC-dən bildiriblər.
"Azərenerji"dən verilən məlumata əsasən, elektrik enerjisinin paylanması ilə bağlı da problem müşahidə edilmir. ASC-nin paylayıcı şəbəkələri normal rejimdə işləyir.
Hava şəraitinin pisləşməsi ilə əlaqədar yarana biləcək nəticələri vaxtında aradan qaldırmaq məqsədilə "Azərenerji"nin operativ briqadaları işləyir. Hər hansı bir problemin yaranacağı təqdirdə, operativ qruplar problemin tez və vaxtında aradan qaldırIlmasına hazırdır.
"Azərenerji" elektrik enerjisinin verilməsində problemləri tez bir zamanda aradan qaldırmaq məqsədilə istehlakçılardan ASC-nin 186 nömrəli "Qaynar xətt"inə müraciət etməyi xahiş edir.