...

Dünya Bankı Azərbaycandakı yeganə enerji layihəsinin reallaşdırılması müddətini uzadıb

Energetika Materials 25 Noyabr 2011 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) Azərbaycanda elektrikötürücü xətlərin reabilitasiyası layihəsinin reallaşdırılması müddətini uzadıb. Bu barədə cümə günü Trend-ə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"Testin aparılması, start və tənzimləmə işlərinin başa çatdırılması zərurəti ilə bağlı layihənin 2012-ci ilin aprelində tamamlanması nəzərdə tutulub. Halbuki o, 2011-ci ilin sonunadək tamamlanmalı idi", - bankın nümayəndəliyindən bildiriblər.

Layihə 55 milyon dollar dəyərində qiymətləndirilir ki, bu məbləğin 48 milyon dolları DB, 7 milyon dolları isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq. Dünya Bankının Direktorlar Şurası krediti 2005-ci il mayın 17-də təsdiq edib. Ölkə hökuməti layihənin maliyyələşdirilməsinə 7,4 milyon dollar yönəldib. 2011-ci ilin sentyabrına olan məlumata görə, bankın təqdim etdiyi 48 milyon dollardan 42,6 milyon dollar xərclənib.

Layihənin bilavasitə həyata keçirilməsinə 2006-cı ilin martından başlanılıb. Layihənin məqsədi elektrik enerjisi sektorunun etibarlılığı, stabilliyi və qənaətliliyinin təmin edilməsinə kömək edən elektrik enerjisi üzrə dispetçer sisteminin modernləşdirilməsi (SCADA sisteminin yaradılması), eləcə də yüksək gərginlikli ötürücü xətlərin və bəzi yüksək gərginlikli yarımstansiyaların bərpasıdır.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu müddət ərzində bankın ölkə qarşısında məcmu öhdəliyi 43 layihə üzrə təxminən 2,9 milyard dollardır.

Xəbər lenti

Xəbər lenti