...

Fransanın İnkişaf Agentliyi Azərbaycanda enerji layihələrini maliyyələşdirməyə hazırdır

Energetika Materials 25 Noyabr 2011 20:59 (UTC +04:00)
2012-ci ildə Azərbaycana Fransa İnkişaf Agentliyinin böyük texniki nümayəndə heyəti gələcək.
Fransanın İnkişaf Agentliyi Azərbaycanda enerji layihələrini maliyyələşdirməyə hazırdır

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə Azərbaycana Fransa İnkişaf Agentliyinin böyük texniki nümayəndə heyəti gələcək. Nümayəndə heyətinə agentliyin Azərbaycan üzrə rəhbəri Paskal Qrinqrau başçılıq edəcək. Bu barədə cümə günü Bakıda Qrinqraunun Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasovla keçirdiyi görüş zamanı bildirilib.

Əvvələr Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində agentlik və Azərbaycan hökuməti əməkdaşlıq haqqında saziş imzalayıblar.

Agentliyin dünyanın 60 ölkəsində nümayəndəliyi var və 90 ölkədə layihələr həyata keçirir. Bu barədə cümə günü Trend-ə Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli deyib.

Qrinqrau CAREC proqramına üzv ölkələrin 10-cu Nazirlər Konfransı çərçivəsində Bakıda səfərdədir.

"Qrinqraunun qarşıdakı geniş səfəri zamanı Azərbaycanda konkret layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsi müzakirə ediləcək", - Mənsimli qeyd edib.

Xüsusilə, Azərbaycanın enerji səmərəliliyi sahəsində, Avropa standartlarına uyğunlaşdırılmasında, eləcə də alternativ və bərpa edilən eneji mənbələri sahəsində həyata keçirmək istədiyi prioritet layihələrin nəzərdən keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti