...

Azərbaycanda neftin daşınma tarifinin artırılması benzinin qiymətinə təsir edəcək? (ƏLAVƏ OLUNUB)

Energetika Materials 11 Yanvar 2012 11:39 (UTC +04:00)
Azərbaycanın Tarif Şurası neft kəmərləri ilə neftin daşınması qiymətini 1 ton xam neftin nəqli üzrə hazırki 2,6 manat tarifindən 6,0 manat (ƏDV-siz) səviyyəsinədək artırıb.
Azərbaycanda neftin daşınma tarifinin artırılması benzinin qiymətinə təsir edəcək? (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar və şərhlər əlavə olunub (ilk xəbər saat 10:45-də yayılıb)

Azərbaycan, Bakı, 11 yanvar / Trend, müxbirlər N.İsmayılova, İ.Xəlilova/

Azərbaycanın Tarif Şurası neft kəmərləri ilə neftin daşınması qiymətini 1 ton xam neftin nəqli üzrə hazırki 2,6 manat tarifindən 6,0 manat (ƏDV-siz) səviyyəsinədək artırıb. Trend-in məlumatına görə, bu barədə Şuranın saytında çərşənbə günü dərc olunmuş məlumatda deyilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında qəbul edilən yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minib.

Tarifin artırılması Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti ilə bağlıdır.

Çərşənbə günü Tarif Şurasından Trend-ə deyildiyi kimi, neftin daşınma tarifinin artırılması ilə əlaqədar benzinin və dizel yanacağının bahalaşması gözlənilmir.

"Bu gün ARDNŞ Tarif Şurasına benzinin və dizel yanacağının tariflərinin dəyişdirilməsi ilə bağlı müraciət etməyib", - Şuradan bildirilib.

Yanvarın 11-nə rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti