...

Avrozonadakı böhran Azərbaycanın qaz ixracatı üzrə planlarına təsir etməyəcək - ARDNŞ

Energetika Materials 17 Yanvar 2012 15:03 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti bildirib ki, Avropada borc problemləri Azərbaycan qazının tədarük marşrutunun seçilməsinə təsir etməyəcək.
Avrozonadakı böhran Azərbaycanın qaz ixracatı üzrə planlarına təsir etməyəcək - ARDNŞ

Azərbaycan, Bakı, 17 yanvar /Trend müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti bildirib ki, Avropada borc problemləri Azərbaycan qazının tədarük marşrutunun seçilməsinə təsir etməyəcək.

Trend-in məlumatına görə, ARDNŞ-nin başçısı Rövnəq Abdullayev çərşənbə axşamı jurnalistlərə bildirib ki, marşrutun seçilməsində vacib element Avropa qaz bazarı, qazın qiyməti (qarşıdakı 10 il üçün), eləcə də aşağı tranzit tarifləridir.

Hazırda ARDNŞ Azərbaycan qazının Avropa bazarına tədarükü üçün nəzərdə tutulan hər üç qaz kəməri layihəsini nəzərdən keçirir.

Abdullayev bu ilin ilk rübünün sonuna qədər ARDNŞ-nin qazın tədarük marşrutun seçilməsi niyyətini təsdiqləyib.

ARDNŞ-nin nəzərdən keçirdiyi bütün marşrutlar "Cənub dəhlizi"ndən keçir.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Azərbaycanın 1,2 milyard kubmetr ehtiyatı olan qaz-kondensat yatağı "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qaz bu layihələr üçün əsas mənbə qismində nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti