...

Soyuq hava şəraiti Azərbaycanda neft-qaz əməliyyatlarına təsir etməyib

Energetika Materials 20 Yanvar 2012 14:00 (UTC +04:00)
Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi neft-qaz əməliyyatlarının gedişinə təsir etməyib.
Soyuq hava şəraiti Azərbaycanda neft-qaz əməliyyatlarına təsir etməyib

Аzərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi neft-qaz əməliyyatlarının gedişinə təsir etməyib. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bildiriblər.

Həm quru, həm də dəniz yataqlarındakı bütün işlər normal rejimdə aparılır.

"Temperaturun aşağı düşməsi, eləcə də yağıntılar quruda və dənizdə olan yataqlardakı işlərə təsir etməyib, işlər normal rejimdə aparılır", - ARDNŞ-dən bildiriblər.

ARDNŞ "Azəriqaz" İstehsalat Birliyi vasitəsilə Azərbaycanın ərazisində qazın nəqli və çatdırılması məsələləri üzrə əməliyyat həyata keçirir.

ARDNŞ-dən deyildiyi kimi, hava şəraiti tədarükə və əhalinin qazla fasiləsiz təmin olunmasına da təsir etməyib.

Xəbər lenti

Xəbər lenti