...

Azərbaycanın kommunal infarstrukturu soyuq hava şəraitinə hazırdır

Energetika Materials 26 Yanvar 2012 11:31 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Аzəriqaz" İstehsalat Birliyi hava şəraitinin pisləşməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar Bakıya qazın verilməsi həcmini sutkada 13,7 milyon kubmetrə çatdırıb.
Azərbaycanın kommunal infarstrukturu soyuq hava şəraitinə hazırdır

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir E.İsmayılov /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Аzəriqaz" İstehsalat Birliyi hava şəraitinin pisləşməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar Bakıya qazın verilməsi həcmini sutkada 13,7 milyon kubmetrə çatdırıb. Bu barədə cümə axşamı Trend-ə İB-dən məlumat verilib. Ötən həftə bu həcm sutkada 12,2 milyon kubmetrdən 13,5 milyon kubmetrədək artırılmışdı.

İB-dən deyildiyi kimi, bu həcm paytaxtın fasiləsiz və keyfiyyətli qaza olan tələbatını təmin etmək üçün tamamilə yetərlidir.

"Bakıda olduğu kimi, regionlarda da qazla bağlı problem olmayacaq. Çünki yeraltı qaz anbarlarından qazın alınması yetərli həcmdə həyata keçirilir", - İB-dən deyiblər.

"Azərenerji" SC-dən (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) cümə axşamı Trend-ə verilən məlumata görə, hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq əsasında qüvvələrin səfərbər olunması üçün bütün işlər görülüb. "Ölkədə elektrik enerjisinin istehsalı və paylanması hansısa problem olmadan həyata keçirilir", - SC-dən qeyd ediblər.

Belə ki, bu günlərdə gücləndirilmiş rejimdə çalışacaq xüsusi qəza qrupları var. Onlar hansısa problemin baş qaldıracağı halda baş verənlərə operativ reaksiya verəcək və ən qısa müddətdə problemləri aradan qaldıracaqlar.

Hava şəraitinin pisləşməsi ilə əlaqədar isitmə sistemində də problem gözlənilmir. Bu barədə Trend-ə "Azəristiliktəchizat" SC-dən məlumat verilib.

"Görülən bütün işlər və tədbirlər hazırda isitmə sisteminin kifayət qədər yüksək səviyyədə olduğunu deməyə əsas verir", - SC-dən bildiriblər.

Qəzalardan yayınmaq və onlara operativ reaksiya vermək üçün növbəli rejimdə çalışan (eləcə də gecə növbəsində) xüsusi çevik əməliyyat briqdaları mövcuddur.

Xəbər lenti

Xəbər lenti