...

ARDNŞ avroistiqrazların buraxılışı üçün investorlarla danışıqlara başlayır

Energetika Materials 27 Yanvar 2012 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir N.İsmayılova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvarın 30-dan etibarən avroistiqrazların qarşıdakı buraxılışı üzrə investorlarla danışıqlara başlayacaq. Bu barədə cümə günü Trend "Reuters"ə istinadən məlumat verir.

İstiqrazların yerləşdirilməsi bazar şərtləri nəzərə alınmaqla baş tutacaq. Şərtlər yanvarın 30-dan etibarən başlayacaq investorlarla davamlı görüşlərdən sonra konkretləşdiriləcək.

ARDNŞ avroistiqrazları 500 milyon dollar həcmində buraxmağı planlaşdırır. RBS (Royal Bank of Scotland), "Citi bank" və "Deutsche Bank" ARDNŞ-nin avrobrendlərinin ilk buraxılışının təşkilatçıları qismində çıxış edəcək.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi)," Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Şirkət, həmçinin ötən il İsveçrədə iri YDM şəbəkəsi əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti