...

Azərbaycan Sənaye və Energetika Nazirliyinin elektron xidmətlər siyahısı genişlənib

Energetika Materials 30 Yanvar 2012 20:22 (UTC +04:00)
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısına dəyişikliklər edilib.
Azərbaycan Sənaye və Energetika Nazirliyinin elektron xidmətlər siyahısı genişlənib

Azərbaycan, Bakı, 30 yanvar /Trend müxbir E.İsmayılov/

Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısına dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ölkənin Nazirlər Kabinetinin qərarında deyilir.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin göstərdiyi xidmətlər siyahısına edilən dəyişikliklərə əsasən, 22.7-ci bənd - "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi" əlavə edilib.

Nazirlər Kabinetinin qərarı 2012-ci il yanvarın 26-dan qüvvəyə minib.

Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahası"nın təsdiq edilməsi haqqında 191 nömrəli qərarda dəyişikliklər edilməsi barədə qərar verib.

Kabinetin ötən ilin 24 noyabr tarixli qərarına əsasən, siyahıya 41 dövlət qurumu daxil edilib.

İndiyə qədər Sənaye və Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər siyahısında elektrik avadanlıqlarının istismara başlaması üçün zəruri olan sənədlər haqqında məlumatın təqdim edilməsi, neft-qaz məhsullarının satışına xüsusi icazənin verilməsi, idxal və ixrac edilən məhsullara, həmçinin yenidən ixraca görə lisenziyanın təqdim edilməsi, nazirliyin səlahiyyətinə daxil olan məhsulların ixracı və tranzitinə, eləcə də qiymətli daşlar, qızıl və digər qiymətli metallar, neft, neft məshulları və təbii qaz, neft tullantı və məhsullarının emalı və təkrar emalı istehsalına, neft və qazın ixracı üçün podradçı və supodradçıya qarşı xüsusi iqtisadi rejimin tətbiq edilməsi haqqında şəhadətnamənin verilməsinə görə icazənin yenidən qeydiyyatı qeydə alınıb.

Energetika Nazirliyinin tərkibinə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi daxildir.

Xəbər lenti

Xəbər lenti