Azərbaycan, Bakı, 31 yanvar / Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyinin Neft-Qaz Çıxarma idarələrinin iriləşdirilmiş neft mədənləri sahələrindəki quyuların qısamüddətli işsiz dayanması neft və qaz itkisinə gətirib çıxarmayıb. Trend-in məlumatına görə, bu barədə İB-nin çərşənbə axşamı verdiyi məlumatda deyilir.
"Quyularda dayanmalar qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar elektrik enerjisi təchizatında yaranan fasilələrlə bağlıdır. Lakin neftçilər həmin dayanmaları aradan qaldırıblar, neft və qaz itkisinə yol verilməyib", - məlumatda deyilir.
ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.
ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.