...

Qasırğa və güclü qar Gürcüstanda 64 min abunəçini elektrik enerjisiz qoyub

Energetika Materials 2 Fevral 2012 16:00 (UTC +04:00)
Gürcüstanda 64 min abunəçi qasırğa və güclü qar səbəbindən yenidən elektrik enerjisiz qalıblar.
Qasırğa və güclü qar Gürcüstanda 64 min abunəçini elektrik enerjisiz qoyub

Gürcüstan, Tbilisi, 2 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 64 min abunəçi qasırğa və güclü qar səbəbindən yenidən elektrik enerjisiz qalıblar.

Güclü qar və külək Gürcüstanın müxtəlif rayonlarında elektrikötürücü xətləri zədələyib. Bu barədə cümə axşamı Trend-ə "Enerqo-pro Corciya" şirkətindən məlumat veriblər.

"Hazırda bütün ölkə ərazisi üzrə 64,526 min abunəçi elektrik enerjisiz qalıb. Gürcüstanın qərb hissəsində problemlər xeyli güclü qar yağması, şərq hissəsində isə əsasən qasırğa səbəbindən yaranıb", - şirkətdən deyiblər.

Hava şəraitinin imkan verdiyi yerlərdə artıq bərpa işlərinə başlanıb.

Xəbər lenti

Xəbər lenti