...

Qaradağ rayonunda qaz kəmərinin təmiri aparılır

Energetika Materials 8 Fevral 2012 11:49 (UTC +04:00)
Yaxın müddətdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Qaradağ rayonunda təmir işləri aparılan qaz kəməri ilə qazın verilişini bərpa edəcək.
Qaradağ rayonunda qaz kəmərinin təmiri aparılır

Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir E.İsmayılov/

Yaxın müddətdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Qaradağ rayonunda təmir işləri aparılan qaz kəməri ilə qazın verilişini bərpa edəcək.

Qaz kəmərində sızma ilə əlaqədar alovlanma baş verib, alov artıq söndürülüb. Bu, şirkətin qaz emalı zavoduna qazn tədarük edilən kəmərlərdən biridir (bu kəmərlə əhali üçün qaz tədarük edilmir).

"Qaz kəməri ilə qazın verilişi dayandırılıb və hazırda təmir işləri aparılır", - şirkətdən qeyd edilib.

ARDNŞ-dən bildirilib ki, zavoda qaz tədarük etmək üçün bir neçə qaz kəmərindən istifadə edilir. Buna görə də onlardan birində yaranan problem müəssisəyə qaz tədarükünə heç cür təsir etməyib.

Xəbər lenti

Xəbər lenti