...

ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarından qaz götürülməsi imkanlarını açıqlayıb

Energetika Materials 14 Fevral 2012 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E.İsmayılov/

Hazırkı şəraitdə ölkənin yeraltı qaz anbarlarından götürülən qazın maksimum sutkalıq həcmi 26 milyon kubmetrə yaxın təşkil edir. Bu barədə çərşənbə axşamı Trend-ə qaz anbarlarının balansında olduğu ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə məlumat verib.

Azərbaycan ərazisində iki - Qalmaz və Qaradağ yeraltı qaz anbarı var.

Onun sözlərinə görə, adətən mövsümün əvvəlində yeraltı qaz anbarlarından götürülən qazın maksimum sutkalıq həcmi 24-25 milyon kubmetrə çatır. Götürülmənin ikinci fazasında onlar tədricən 19 milyon kubmetrədək, üçüncü fazada isə sutkada 9 milyon kubmetrədək azalır.

"Götürülən qaz həcmləri anbarlardakı qazın təzyiq səviyyəsindən asılı olaraq müəyyən edilir", - mənbə deyib.

Onun sözlərinə görə, qaz anbarlarının gücü artırılacağı halda qazın götürülməsinin sutkalıq həcmləri çoxaldıla bilər.

Xəbər lenti

Xəbər lenti