...

Etilen-polietilen zavodunda robot sistemli paletləmə kompleksinin quraşdırılması başa çatıb (FOTO)

Energetika Materials 16 Fevral 2012 16:38 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun "Polimir-120" istehsalatının konveksiya sexində ilk dəfə olaraq robot sistemli paletləmə kompleksinin quraşdırılması və sınaq-sazlama işləri uğurla başa çatdırılıb.
Etilen-polietilen zavodunda robot sistemli paletləmə kompleksinin quraşdırılması başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun "Polimir-120" istehsalatının konveksiya sexində ilk dəfə olaraq robot sistemli paletləmə kompleksinin quraşdırılması və sınaq-sazlama işləri uğurla başa çatdırılıb.

İB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, elektron hidravlik sistemi, həmçinin elektrik mühərriki Almaniya texnologiyası olmaqla Türkiyənin "Keramik" şirkətində istehsal olunmuş paletləmə kompleksi zavodun hazır məhsulunun - dənəvər polietilenin daxili və xarici bazarlara, bütün alıcılara itkisiz və dünya standartına uyğun olaraq qablaşdırılmış şəkildə çatdırılması, yükləmələrdə mövcud ağır əl əməyinə son qoyulması və yükləmələrin daha sürətlə aparılması kimi mühüm məsələlər öz həllini tapacaq.

Yüksək məhsuldarlıqlı yeni kompleksdə bir-birinin davamı olan iki mərhələ üzrə quraşdırılmış robot tipli mexanizmlər ağır əl əməyinin aradan qaldırılaraq, hər biri 25 kq olan polietilen dolu kisələrin iri bağlamalar şəklində avtomatik olaraq bükülməsini təmin edəcək. "Keramik" şirkətinin mütəxəssisləri tərəfindən zavodun konveksiya sexində quraşdırılaraq, sınaq-sazlama işləri başa çatdırılan, bir neçə işçini həm qablaşdırma, həm də ixrac məhsulunun çoxtonlu trallerlərə yüklənməsi prosesində əl əməyindən azad edəcək yeni xəttin istismara verilməsi ilə hər birinin çəkisi 1300 kq-a qədər olan iri polietilen bağlamaları maşınlara İB tərəfindən yeni alınmış 3 və 5 tonluq avtokaralar vasitəsilə yüklənəcək.

Paletləmə kompleksindən əvvəl konveksiya sexində dənəvər polietilenin 25 kq-lıq kisələrə avtomatik olaraq doldurulmasını təmin etmək üçün məhsulun nəql olunduğu konveyer xətti üzərində Almaniya istehsalı olan, avtomatik idarəetmə sistemi üzrə idarə olunan, maksimal məhsuldarlığı saatda 30 tona çatan "Wind möller" markalı yeni qablaşdırma maşını quraşdırılıb ki, bununla da qablaşdırma prosesinin ən önəmli ilkin mərhələsinin ahəngdar işi tam təmin edilib. Bu prosesin ikinci mərhələsində paletləmə xəttinin işə salınması ilə əsas ixrac məhsulu olan polietilenin həm estetik görünüşü yaxşılaşacaq, həm də onun yüklənmə və nəqlolunma prosesi sürətlənəcək.

Xəbər lenti

Xəbər lenti