...

Ərdoğan: Türkiyə TAP layihəsinin reallaşdırılması üçün hər cür səy göstərir

Energetika Materials 6 Aprel 2012 10:56 (UTC +04:00)
Azərbaycan kimi Türkiyə də TAP qaz layihəsinin reallaşdırılması üçün hər cür səy göstərir. Bunu jurnalistlərə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan: Türkiyə TAP layihəsinin reallaşdırılması üçün hər cür səy göstərir

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir A.Tağıyeva/

Azərbaycan kimi Türkiyə də TAP qaz layihəsinin reallaşdırılması üçün hər cür səy göstərir. Bunu jurnalistlərə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Trend-in məlumatına görə, xəbəri cümə günü "Zaman" qəzeti yayıb.

"Türkiyə də TAP layihəsinin reallaşdırılması üçün bütün potensialından istifadə etməyə hazırdır", - Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, layihənin Türkiyə ərazisində həyata keçirilməsindən sonra növbəti addım onun İtaliya ərazisində reallaşdırılması olacaq. Qazın İtaliyaya qədər nəqlindən sonra, onun Türkiyədən Albaniyayadək daşınması növbəti addım ola bilər.

Xəbər lenti

Xəbər lenti