...

"Neft Daşları"-nda yeni elektrik stansiyasının tikintisinə başlanıb

Energetika Materials 16 Aprel 2012 18:30 (UTC +04:00)
“Neft Daşları” NQÇİ-də, NQÇİ-nin neft mədən obyektlərinin və Günəşli yatağının fasiləsiz elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə yeni Qazturbin Elektrik Stansiyasının tikintisinə başlanıb
"Neft Daşları"-nda yeni elektrik stansiyasının tikintisinə başlanıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

"Neft Daşları" NQÇİ-də, NQÇİ-nin neft mədən obyektlərinin və Günəşli yatağının fasiləsiz elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə yeni Qazturbin Elektrik Stansiyasının tikintisinə başlanıb.

Trend-in ARDNŞ-ın syatına istinadən verdiyi məlumata görə, tikinti üçün Neftqazelmitədqiqatlayihə" institutu tərəfindən layihə-smeta sənədləri işlənilib hazırlanıb.

Layihəyə uyğun olaraq, QTES meydançasının tikintisi üçün layihə üzrə vurulması nəzərdə tutulan, 406 ədəd svaydan 126 ədədi 2007-2008-ci illərdə vurulub. Yeni vurulacaq 232 ədəd 530x12 mm-lik svaydan 219 ədədi, 48 ədəd isə 426x11 mm-lik svaydan 36 ədədi vurulub. Betonlanacaq 310 ədəd 530x12 mm svaydan 251 ədədi betonlanıb. Sement məhlulu ilə doldurulacaq 48 ədəd 426x11 mm-lik anker svaydan 29 ədədi sement məhlulu ilə doldurulub.

Tikintinin başa çatdırılmasının təqvim planına əsasən svayların vurulması, rigellərin quraşdırılması, betonlama işləri, dəmir-beton plitələrin quraşdırılması və s. hidrotexniki işlərin görülməsi 15.05.2012-ci ilə kimi, dayaq oturacaqlarının hazırlanması, 100 mm-lik dəmir-beton döşəmənin yaradılması, relslərin salınması və sairə işlər 01.06.2012-ci ilə kimi tamamlanmalıdır.

Qrafikə uyğun olaraq turbin və generatorların çatdırılması 10.06.2012-ci il, köməkçi avadanlıqların çatdırılması 25.06.2012-ci il tarixə nəzərdə tutulub. Obyektin vaxtında təhvil verilməsi üçün işlər plana uyğun olaraq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti