...

Bolqarıstan Azərbaycana energetika sahəsində birgə müəssisə yaratmağı təklif edir (FOTO)

Energetika Materials 27 Aprel 2012 12:25 (UTC +04:00)
Bolqarıstan Azərbaycanla əməkdaşlığın perspektivli sahələri, o cümlədən energetika sahəsində birgə müəssisə (BM) yaratmaqda maraqlıdır.
Bolqarıstan Azərbaycana energetika sahəsində birgə müəssisə yaratmağı təklif edir (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov /

Bolqarıstan Azərbaycanla əməkdaşlığın perspektivli sahələri, o cümlədən energetika sahəsində birgə müəssisə (BM) yaratmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin Rusiya və MDB ölkələri şöbəsinin rəhbəri Yordan Tenev məlumat verib.

"Biz təkcə Azərbaycanın enerji resurslarında çox maraqlı olduğumuz energetika sahəsində deyil, Azərbaycanda sürətlə inkişaf edən qeyri-neft sektorunda da əlaqələrin inkişafında maraqlıyıq", - Tenev deyib.

Onun sözlərinə görə, ölkələr arasında mal dövriyyəsinin bugünkü 33 milyon dollarlıq həcmi potensial imkanlardan xeyli aşağıdır.

"Ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların artımı üçün böyük imkanlar mövcuddur", - Tenev deyib.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədovun sözlərinə görə, bu gün iki ölkənin şirkətləri arasında əlaqələrin qurulması üçün yaxşı platforma yaradılıb.

"O cümlədən, bizim şirkətlərimiz öz bolqar tərəfdaşlarının xüsusilə kənd təsərrüfatı sahəsindəki təcrübəsindən istifadə edə bilərlər", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti