...

ARDNŞ və "Petrovyetnam" quru yataqlar bloku ilə bağlı müqavilə imzalayıblar

Energetika Materials 18 May 2012 13:56 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Vyetnamın "Petrovyetnam" şirkəti Azərbaycanın quru ərazilərindəki yataqların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsipləri və müəddəalarına dair müqavilə imzalayıblar.
ARDNŞ və "Petrovyetnam" quru yataqlar bloku ilə bağlı müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Vyetnamın "Petrovyetnam" şirkəti Azərbaycanın quru ərazilərindəki yataqların daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsipləri və müəddəalarına dair müqavilə imzalayıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Quru bloka "Muradxanlı" , "Cəfərli" və "Zərdab" neft yataqları daxildir.

Sazişi ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və "Petrovyetnam" şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son imzalayıblar.

"Muradxanlı-Cəfərli-Zərdab" bloku Yevlax-Ağcabədi neft-qaz rayonunda, İmişli rayonun inzibatı ərazisində yerləşir. Saziş sahəsinə daxil olan Muradxanlı yatağı 1971-ci ildə, Cəfərli yatağı 1984-cü ildə, Zərdab yatağı isə 1981-ci ildə kəşf edilib.

Bu yataqlarda cəmi 183 quyu qazılıb və işlənmənin əvvəlindən 3,4 milyon ton neft və 100 milyon kubmetr qaz hasil edilib. Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 milyon ton, qalıq qaz ehtiyatları 36 milyon kubmetr həcmində qiymətləndirilir. Ötən il yataqlardan 26 min ton neft çıxarılıb. Hazırda blok üzrə istismar fondunda 77 quyu var. Bunların 64-ü işlək quyu fondundadır.

Xəbər lenti

Xəbər lenti