...

ARDNŞ qonşu ölkələrə qaz tədarükünü davam etdirir

Energetika Materials 18 May 2012 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.İsmayılov/

Mayın 18-nə olan məlumata görə, ARDNŞ Rusiyaya sutka ərzində 2,4 milyon kubmetr qaz ixrac edir. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

"Rusiyaya qaz tədarükü normal rejimdə həyata keçirilir. Hazırda tədarükün sutkalıq həcmi 2,4 milyon kubmetr təşkil edir", - mənbə deyib.

Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya tədarükünə 2010-cu il yanvarın 1-dən başlanıb.

Həmçinin, mənbənin sözlərinə görə, hazırda İrana svop əməliyyatlar çərçivəsində həyata keçirilən qaz tədarükü davam edir.

"Hazırda Naxçıvan Muxtar Respublikasının tələbatını təmin etmək üçün İrana sutka ərzində 1,2 milyon kubmetr qaz tədarük edilir", - mənbə qeyd edib.

Xəbər lenti

Xəbər lenti