...

Azərbaycanda perspektivli dəniz strukturundan alınan məlumatlar işlənilir

Energetika Materials 27 İyun 2012 13:32 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Babək" perspektivli strukturunda aparılan üçölçülü geofiziki tədqiqatlar zamanı əldə edilən məlumatların işlənməsi üzrə işlər aparılır.
Azərbaycanda perspektivli dəniz strukturundan alınan məlumatlar işlənilir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Babək" perspektivli strukturunda aparılan üçölçülü geofiziki tədqiqatlar zamanı əldə edilən məlumatların işlənməsi üzrə işlər aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin (İB) yaydığı məlumatda deyilir.

"Azneft"in sifarişi ilə Xəzərin Azərbaycan sektorundakı "Babək" strukturunda 3D-seysmik tədqiqatlar keçirilib. Hazırda əldə edilən məlumatların işlənməsi ilə bağlı işlər aparılır", - məlumatda deyilir.

Müqavilə sahəsində işlər "Caspian Geophysical" şirkəti tərəfindən "Gilavar" geofiziki gəmisi vasitəsi ilə aparılıb.

Xəbər lenti

Xəbər lenti