...

Azərbaycan neftinin qiymətləri: 25-27 iyun həftəsinin yekunları

Energetika Materials 2 İyul 2012 11:38 (UTC +04:00)
25-27 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 94,02 dollar/barelə yaxın olub ki, bu da ötən həftədəki qiymətdən 1,6 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 25-27 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/

25-27 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 94,02 dollar/barelə yaxın olub ki, bu da ötən həftədəki qiymətdən 1,6 dollar azdır.

Trend-in məlumatına görə, 25-27 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 96,84, minimum isə 91,48 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

25-27 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 89,7 dollar/bareldən çox olub ki, bu da ötən həftənin göstəricisindən 0,67 dollar azdır.

25-27 iyun həftəsində URALS-ın qiyməti maksimum 93,08, minimum isə 86,56 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

25-27 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 91,46 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,05 dollar azdır.

"Brent Dated"in maksimum qiyməti 94,5, minimum isə 88,62 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti