...

ARDNŞ yeni emal kompleksi layihəsi çərçivəsində lisenziar şirkətlərin seçiminə başlayıb

Energetika Materials 9 İyul 2012 17:45 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması istiqamətində işlər icra planına müvafiq şəkildə davam etdirilir.
ARDNŞ yeni emal kompleksi layihəsi çərçivəsində lisenziar şirkətlərin seçiminə başlayıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması istiqamətində işlər icra planına müvafiq şəkildə davam etdirilir. Kompleksin texnoloji sxeminə daxil olan qurğular üzrə lisenziyaların seçilməsinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi yaydığı məlumatda deyilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərliyi ilə lisenziar şirkətlərin seçimini həyata keçirəcək dünya şöhrətli FLUOR şirkəti ilə ilkin əlaqələndirmə iclası keçirilib. Görüşdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun, ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsi məsələləri Departamentinin, idarə və müəssisələrinin, "SOCAR-Foster Wheeler Mühəndis Xidmətləri" birgə müəssisəsinin nümayəndələri, habelə layihə üzrə müstəqil məsləhətçilər iştirak ediblər.

İclasda FLUOR şirkətinin nümayəndələri tərəfindən lisenziar şirkətlərin seçimi istiqamətində görüləcək işlər, bu zaman istifadə olunacaq prosedur, metodologiyalar haqqında məlumat verilib, ARDNŞ mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb, digər mühüm məsələlər müzakirə edilib.

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsinin texnoloji sxeminə uyğun olaraq, kompleksin tərkibində 40-dan artıq texnoloji qurğunun quraşdırılması planlaşdırılır ki, bu qurğuların da 25-dən çoxu lisenziya tələb edən qurğulardır. Layihə üçün potensial lisenziar şirkətlər qismində Axens, CB&I, Chevron, Dow, DuPont, İneos, KBR, Linde, LyondellBasell, Shell, Technip, UOP və dünyanın bir sıra digər tanınmış şirkətləri nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti