...

"Statoil" Azərbaycanda yeni tədqiqat layihəsi çərçivəsində işlərin həcmini açıqlayıb

Energetika Materials 10 İyul 2012 14:41 (UTC +04:00)
"Statoil" Azərbaycanda yeni tədqiqat layihəsi çərçivəsində işlərin həcmini açıqlayıb
"Statoil" Azərbaycanda yeni tədqiqat layihəsi çərçivəsində işlərin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/

Norveçin "Statoil" şirkəti ilə ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi arasında imzalanan birgə tədqiqat müqaviləsinə görə, müqavilə ancaq Abşeron yarımadasının şimalında və Quba-Xəzəryanı regionun çox kiçik bir hissəsində "Statoil" şirkətinin təqdim etdiyi 2D və 3D məlumatları və ya onun sifarişi əsasında yerinə yetiriləcək yenidən emal nəticələrinin birgə dəyərləndirmə işlərini əhatə edir. Trend-in məlumatına görə, bu barədə "Statoil" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müqavilə çərçivəsində "Statoil" müasir texnologiyaların tətbiqi ilə artıq mövcud geoloji-geofiziki tədqiqatların yenidən qiymətləndirilməsini həyata keçirəcək. Bundan əvvəl həmin ərazidə işlər görülmürdü.

"Statoil" Azərbaycanda 1992-ci ildən işləyir və ölkədə ikinci böyük xarici investor hesab edilir. Şirkət "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun, habelə "Şahdəniz" qaz-kondensat yatağı kimi böyük layihələrin iştirakçısıdır. Həmçinin şirkət Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri layihələrinin iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti