...

"EP-300" kompleksinin turbokompressorlarının təmiri Çexiya mütəxəssislərinin iştirakı ilə aparılacaq

Energetika Materials 31 İyul 2012 18:49 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günlərdə başlanmış əsaslı təmir işləri çərçivəsinqdə müəssisənin əsas texniki aqreqatlarından olan turbokompressorların təmiri bu il ilk dəfə olaraq istehsalçı müəssisənin - "Siemens s.r.o." firmasının Çexiyanın Brno şəhərindəki ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılacaq.
"EP-300" kompleksinin turbokompressorlarının təmiri Çexiya mütəxəssislərinin iştirakı ilə aparılacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend/

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günlərdə başlanmış əsaslı təmir işləri çərçivəsinqdə müəssisənin əsas texniki aqreqatlarından olan turbokompressorların təmiri bu il ilk dəfə olaraq istehsalçı müəssisənin - "Siemens s.r.o." firmasının Çexiyanın Brno şəhərindəki ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılacaq.

İB-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, hələ 25 il əvvəl - 1987-ci ildə istismara verilmiş EP-300 kompleksinin turbokompres-sorları Etilen-polietilen zavodunun ahəngdar işinin təmin edilməsində, yüksək məhsuldarlığa və keyfiyyətə nail olunmasında mühüm rol oynayır. Ötən çoxillik dövr ərzində müəssisədə aparılan əsaslı təmir işləri zamanı turbokompressorların təmiri bütünlüklə kimyaçıların öz texniki imkanları hesabına həyata keçirilib.

Son illərdə "Azərikimya"nın müəssisə və istehsalatlarında aparılan yenidənqurma və müasirləşdirmə tədbirləri isə həmin kompressorların ən mühüm mexanizminin - buxar turbinlərinin yeniləri, konstruksiya və keyfiyyət baxımından daha mükəmməl olan analoqları ilə əvəz edilməsi zərurətini doğurub. Odur ki, zavodun builki əsaslı təmirinə hazırlıq işlərinə başlanarkən buxar turbinlərinin Çexiyadan olan istehsalçı müəssisəsi ilə müvafiq müqavilə bağlanılıb.

Çex mütəxəssislər turbokompressorların yaxın illər ərzində daha keyfiyyətli və etibarlı, boşdayanmalara yol açmadan işləməsi üçün 50-dən artıq adda lazımi ehtiyat hissələrini də bu günlərdə Sumqayıta çatdıracaqlar.

"Azərikimya" İB-nin mütəxəssislərinin və peşəkar fəhlələrinin də iştirak edəcəyi təmir işlərinin keyfiyyəti Çexiyadan olan nəzarətçi mütəxəssislər tərəfindən yekun olaraq təftiş olunacaq və hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sentyabrın ilk günlərində tam başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti