Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.İsmayılov/
Türkiyənin "Petkim" neft-kimya kompleksi cari ilin I yarısında 567 milyon manat dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə gün "Petkim"in yaydığı məlumatda deyilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Petkim"də iştirak payı var.
Məlumata görə, "Petkim" 2011-ci ilin 6 ayında 427 milyon manat dəyərində məhsul ixrac edib.
"Petkim" 1 milyard dollar məbləğində idxal həcmi üzrə 2012-ci il üçün qarşıya qoyulan məqsədinə doğru irəliləyir", - məlumatda qeyd edilir.
Müvafiq olaraq. hesabat dövründə "Petkim"in ümumi dövriyyəsində ixracatın ümumi payı 43 faiz təşkil edib.