...

ARDNŞ-də ATƏT nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 10 Sentyabr 2012 19:39 (UTC +04:00)
ARDNŞ-də şirkət rəhbərliyinin ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrindən ibarət heyətin üzvləri ilə görüşü keçirilib.
ARDNŞ-də ATƏT nümayəndələri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

ARDNŞ-də şirkət rəhbərliyinin ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrindən ibarət heyətin üzvləri ilə görüşü keçirilib.

Trend bazar ertəsi Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, qonaqlara son illər sürətli inkişaf tempi ilə dünyanın diqqətini cəlb edən Azərbaycanın iqtisadi yüksəlişi və bu yüksəlişdə ölkənin neft-qaz sənayesinin rolu haqqında ətraflı məlumat verilib. Azərbaycan iqtisadiyyatının flaqmanı olan ARDNŞ-ni Avropanın nüfuzlu neft-qaz şirkətləri ilə bağlayan çoxillik səmərəli əməkdaşlıq əlaqələri haqqında ətraflı söhbət açılıb. Bildirilib ki, Azərbaycan neftçiləri hələ qədim zamanlardan dünya neft sənayesinə çoxsaylı töhfələr verib, onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqları kəşf olunub, keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin əsası qoyulub.

Görüşdə, həmçinin son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan neft-qaz layihələri barədə ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından bəhs edilib.

ATƏT nümayəndə heyəti adından çıxış edən Norveçin ATƏT yanında Daimi nümayəndəliyin rəhbəri Robert Kvile səmimi qəbul üçün minnətdarlığını bildirib, ATƏT ilə Azərbaycan arasında faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasını böyük nailiyyət kimi yüksək qiymətləndirib. Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr olub, qonaqları maraqlandıran suallara ətraflı və dolğun cavablar verilib.

Xəbər lenti

Xəbər lenti