...

Azərbaycanın yeraltı anbarlarında qaz ehtiyatı artmaqda davam edir

Energetika Materials 11 Sentyabr 2012 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.İsmayılov/

Qazın vurulması mövsümünün başlamasından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Azərbaycanın yeraltı qaz anbarlarına 1,59 milyard kubmetrdən çox qaz vurulub. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Azərbaycan ərazisində iki - "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarı var.

Onun sözlərinə görə, vurulan qazın ümumi həcmindən təqribən 966,8 milyon kubmetr "Qaradağ" qaz anbarının, 628,32 milyon kubmetr isə "Qalmaz" qaz anbarının payına düşür.

Hazırda ölkənin yeraltı qaz anbarlarında qazın həcmi 2,7 milyard kubmetrdən çox təşkil edir. Bu həcmdən 1,36 milyard kubmetr "Qaradağ", 1,22 milyard kubmetr isə "Qalmaz" yeraltı qaz anbarının payına düşür.

Yeraltı qaz anbarlarına vurulan qazın sutkalıq həcmi 9,45 milyon kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti