...

Xəzər dənizindəki qaz həcmi Avropaya tədarük üçün kifayət edəcək

Energetika Materials 18 Sentyabr 2012 13:56 (UTC +04:00)
Xəzər dənizindəki qaz həcmi Avropaya qaz tədarükünü təmin etməyə hesablanmış qaz nəqli infrastruktrunun doldurulması üçün kifayət edəcək.
Xəzər dənizindəki qaz həcmi Avropaya tədarük üçün kifayət edəcək

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzər dənizindəki qaz həcmi Avropaya qaz tədarükünü təmin etməyə hesablanmış qaz nəqli infrastruktrunun doldurulması üçün kifayət edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda açılan "Neft, Qaz və Media" konfransı zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"İndiki halda söhbət təkcə Azərbaycan deyil, həmçinin Türkmənistan qazından gedir. Türkmənistan öz qazının Avropaya çıxışını təmin etməyə çalışır", - Əliyev deyib.

Nazir xüsusilə qeyd edib ki, hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötür, Türkmənistanda isə bu göstərici 7 trilyon kubmetrdir.

Xəbər lenti

Xəbər lenti