...

ARDNŞ Azərbaycan regionlarını qazla təmin edir

Energetika Materials 25 Sentyabr 2012 13:28 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) yaxın vaxtlarda Masallı və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində qazın verilişinə başlamağı planlaşdırır.
ARDNŞ Azərbaycan regionlarını qazla təmin edir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) yaxın vaxtlarda Masallı və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində qazın verilişinə başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə İB-dən bildiriblər.

Məlumata görə, Masallı və Lənkəran rayonlarında qaz təminatınının səviyyəsini yüksəltmək çərçivəsində bir sıra kəndlərin qazlaşdırılması və yeni abonentlərin qoşulması üzrə müvafiq işlər aparılıb.

"Böyük həcmdə iş görülüb və artıq bu işlər başa çatıb. Nəticədə yaxın vaxtlarda bu rayonlarda yaşayan xeyli sayda abonentə qazın verilməsinə başlanılacaq", - İB-dən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti