Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/
Təmir işləri ilə əlaqədar olaraq 12 oktyabr 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək Ağdam, Tərtər, Bərdə, Yevlax və Şamaxı rayonlarının təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin məlumatında deyilir.
Təmir işləri müddətində Ağdam, Tərtər, Bərdə rayonlarına, Yevlax rayonunun Kövlər kəndinə, eləcə də, Şamaxı şəhəri daxil olmaqla rayonunun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.