...

Azərbaycan neftinin qiymətləri: 8-12 oktyabr həftəsinin yekunları

Energetika Materials 15 Oktyabr 2012 16:00 (UTC +04:00)
8-12 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,94 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,95 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 8-12 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

8-12 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,94 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,95 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 8-12 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 117,11, minimum isə 113,88 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

8-12 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 112,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,88 dollar/barel çoxdur.

8-12 oktyabr həftəsində URALS-ın qiyməti maksimum 113,79, minimum isə 110,14 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

8-12 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 114,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,4 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 116,01, minimum isə 112,49 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti