...

"Sumqayıt" İES yanvar-sentyabrda 1,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 29 Oktyabr 2012 14:48 (UTC +04:00)
Yanvar-sentyabr aylarında "Sumqayıt" istilik elektrik stansiyası 1,31 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.
"Sumqayıt" İES yanvar-sentyabrda 1,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında "Sumqayıt" istilik elektrik stansiyası 1,31 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Elektrik stansiyası cari ilin sentyabr ayında 155 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
Ümumi gücü 525 MVt olan "Sumqayıt" elektrik stansiyasında iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılıb.

Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.

Bundan əlavə, "Sumqayıt" İES-in enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti