...

Rövnəq Abdullayev: Avropaya inteqrasiya Azərbaycanın strateji məqsədidir

Energetika Materials 22 Noyabr 2012 18:53 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyaya səfər edib. Həmin gün Lord Rizbi ilə görüşən ARDNŞ prezidenti regiona göstərdiyi diqqətə görə ona təşəkkürünü bildirib.
Rövnəq Abdullayev: Avropaya inteqrasiya Azərbaycanın strateji məqsədidir

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyaya səfər edib. Həmin gün Lord Rizbi ilə görüşən ARDNŞ prezidenti regiona göstərdiyi diqqətə görə ona təşəkkürünü bildirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Britaniya parlamentinin Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumata malik olmasının vacibliyini vurğulayan şirkət prezidenti bildirib ki, neft ölkələri olan Azərbaycan və Böyük Britaniyanın iri neft şirkətləri arasında sıx əməkdaşlıq mövcuddur.

"Avropaya inteqrasiya bizim strateji məqsədimizdir və biz bu yoldan dönməyəcəyik", - Rövnəq Abdullayev deyib.

Lord Rizbi ARDNŞ-nin dünyanın uğurla fəaliyət göstərən şirkətlərindən biri olduğunu və bu yaxınlarda Azərbaycana etdiyi səfərdən məmnun qaldığını deyib. Britaniyalı siyasətçi Avropanın enerji təhlükəsizliyi məsələsinin son dərəcə mühüm olması haqqında fikirlə razılaşdığını söyləyib və Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Lordlar Palatasının üzvü Azərbaycanda mövcud olan stabil vəziyyətin onları sevindirdiyini bildirib.

Sonda Lord Rizbi Rövnəq Abdullayevin Böyük Britaniya Lordlar Palatasındakı çıxışının parlament üzvlərinin böyük marağına səbəb olacağına inandığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti