...

Azərbaycanın qaz operatoru bayram günlərinə hazırlaşır

Energetika Materials 18 Dekabr 2012 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bayram günlərində istehlakçıları zəruri həcmdə qazla təmin edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə İB-dən bildiriblər.

Bayram günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli qazla təmin edilməsi üçün "Azəriqaz" gücləndirilmiş iş rejiminə keçəcək.

"İB dekabrın 28-dən yanvarın 3-dək gücləndirilmiş rejimdə işləyəcək, eləcə də növbətçilik təşkil olunacaq", - İB-dən bildiriblər.

İB-dən deyildiyi kimi, ölkədə qazın həcmi, həmçinin mövcud qaz nəqli infrastrukturu və maddi-texniki baza Azərbaycan istehlakçılarını mavi yanacağın bütün zəruri həcmləri ilə təmin etməyə imkan verəcək.

Dekabrın 18-nə olan məlumata görə, Azərbaycanda əhaliyə verilən qazın gündəlik həcmi 23,9 milyon kubmetr təşkil edib. Bunun 14,1 milyon kubmetri Bakının, qalan hissə isə regionların payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti