...

Azərbaycanda bir sıra kəndlərə təbii qaz verilib

Energetika Materials 24 Dekabr 2012 18:06 (UTC +04:00)
Yeni il ərəfəsində Bərdə, Biləsuvar, Ağcabədi, Siyəzən, Balakən və Zaqatala rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.
Azərbaycanda bir sıra kəndlərə təbii qaz verilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Yeni il ərəfəsində Bərdə, Biləsuvar, Ağcabədi, Siyəzən, Balakən və Zaqatala rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə rayonunun Qarabağ qəsəbəsinə, Muğanlı və Davudlar kəndlərinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 170 abonenti olan Muğanlı kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 7597 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 10 ədəd siyirtmə, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 318 abonenti olan Qarabağ qəsəbəsinin qazlaşdırılması məqsədilə 12 969 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 6 ədəd siyirtmə, 318 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 38 abonenti olna Davudlar kəndinin qazlaşdırılması üçün isə 1910 metr polietilen və 1289 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 3 ədəd siyirtmə, 37 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bundan əlavə, həmin kəndlərin "mavi yanacaq"la təminatı məqsədilə "Kətəlparaq" avtomatik qazpaylayıcı stansiyasında inşaat işləri başa çatdırılıb, stansiya istismara verilib.

Bu gün Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərinə təbii qazın bərpası münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, 91 abonentli olan Aranlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8640 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 73 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, 120 abonenti olan Çinarlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9692 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 117 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağcabədi rayonunun Nəcəfqulubəyli və Şənlik kəndlərinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 948 abonenti olan Nəcəfqulubəyli və Şənlik kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 51 300 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 948 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Siyəzən rayonunun Tuqay kəndinə təbii qazın verilişi ilə əlaqədar keçirilmiş tədbirdə 77 abonenti olan bu kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14794 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkildiyi, 10 ədəd siyirtmə, 76 ədəd sayğac və fərdi tənzimləyicinin quraşdırıldığı qeyd olunub.

Zaqatala rayonunun Yuxarı Tala kəndinin qazlaşdırılmayan hissəsində 470 abonentin "mavi yanacaq"la təminatı başa çatdırılıb. Qazlaşdırma işləri üçün birpilləli sistem əsasında ümumi uzunluğu 42 min metr metal borularla qaz xətləri çəkilib, 470 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Balakən rayonunun Xalatala kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münaibətilə keçirilmiş tədbirdə isə bildirilib ki, 670 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 83 min metr olan qaz xətləri çəkilib, 670 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti