...

Dövlət Neft Fondunun investisiya portfelinin strukturu təsdiqlənib

Energetika Materials 1 Yanvar 2013 19:38 (UTC +04:00)
ARDNF-in investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edəcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin proqramı ilə nəzərdə tutulur.
Dövlət Neft Fondunun investisiya portfelinin strukturu təsdiqlənib

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

ARDNF-in investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edəcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin proqramı ilə nəzərdə tutulur.

Proqrama uyğun olaraq 2013-cü ildə fondun ümumi investisiya portfelinin beş faizinə qədəri müvafiq olaraq səhmlərə, daşınmaz əmlaka və qızıla yatırıla bilər.

2013-cü il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 25,2 milyard manat məbləğində proqnozlaşdırılır.

Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə, 40 faizi AVRO-da ifadə olunan aktivlərə, 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə, qalan 5 faizi isə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (AVRO istisna olmaqla) üzrə dərc edilmiş 3 aylıq LIBOR faiz dərəcəsi götürülür. Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin AVRO-da ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 3 aylıq EURİBOR faiz dərəcəsi götürülür. LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər.Səhm portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI World İndex-i götürülür.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti