...

"Petkim" Türkiyənin daha bir nüfuzlu müsabiqəsində qalib olub

Energetika Materials 10 Yanvar 2013 18:53 (UTC +04:00)
Petkim Petrokimya Holdinqi Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin hər il keçirdiyi "Sənayedə enerji verimliliyi amilini yüksəldən layihə" müsabiqəsinin qalibi olub.
"Petkim" Türkiyənin daha bir nüfuzlu müsabiqəsində qalib olub

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Petkim Petrokimya Holdinqi Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin hər il keçirdiyi "Sənayedə enerji verimliliyi amilini yüksəldən layihə" müsabiqəsinin qalibi olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqədə 7 layihəsi ilə iştirak edən "Petkim" "50.000 ton ekvivalent neft və neft məhsulları və daha artıq enerji sərf edən böyük sənayeçilər" nominasiyasında birincilik qazanıb. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız mükafatı 4-cü Enerji Verimliliyi forum-sərgisi çərçivəsində keçirilən mərasimdə "Petkim"in icraçı direktoru Sadəddin Qorquda təqdim edib.

Mərasimdə bildirilib ki, "Petkim" kompleksindəki müxtəlif zavod və bloklarda tətbiq olunan qalib layihələr sayəsində illik 58 milyon 396 min türk lirəsi həcmində yanacaq və enerjiyə qənaət olunub, kompleksin karbon-dioksid balansı 139 min 768 ton azalıb. Hazırda elektrik enerjisi istehsalında əldə olunan qazanc "Petkim"in illik istehlakının 10,2 faizinə bərabərdir.

Mərasimdə çıxış edən "Petkim"in icraçı direktoru Sadəddin Qorqud qeyd edib ki, müsabiqədə qalib gələn layihələr enerjiyə qənaət məqsədi daşıyan 55 layihənin içərisindən seçilib. O, yeni uğuru "Petkim"in zavodlarında müasir texnologiyaların tətbiqinin və layihələr üzərində işləmiş təcrübəli mühəndislərin əməyinin nəticəsi kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti