...

Göyçay rayonunun qaz təchizatı məhdudlaşdırılıb

Energetika Materials 11 Yanvar 2013 13:51 (UTC +04:00)
Yanvarın 11-də Qazıməmməd-Qazax magistral qaz kəmərinin 128-ci kilometrliyində baş vermiş qəza ilə əlaqədar Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin 1500 abonentlik aşağı hissəsinin qaz təchizatı dayandırılıb.
Göyçay rayonunun qaz təchizatı məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

Yanvarın 11-də Qazıməmməd-Qazax magistral qaz kəmərinin 128-ci kilometrliyində baş vermiş qəza ilə əlaqədar Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin 1500 abonentlik aşağı hissəsinin qaz təchizatı dayandırılıb.

Trend-in cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən verdiyi məlumata görə, qəzanın operativ olaraq aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir.

Təmir işləri aparılan müddətdə respublikanın digər yaşayış məntəqələrinin qazla təchizatında məhdudiyyətlər olmayacaq.

Qeyd edək ki, hadisə cümə günü səhər 07:20 radələrində diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb. Partlayışdan sonra güclü yanğın başlayıb.

Yanğın baş verən ərazi dağlıq sahə olduğundan, yanğınsöndürən maşınların hadisə yerinə gedə çatmasında çətinliklər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti